Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatıb

2 Avqust 2024 18:31 (UTC+04:00)

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatıb.

Aznews.az xəbər verir ki, prosesə 18:00-da yekun vurulub.

Qeyd edək ki, deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə iyulun 13-dən başlanılmışdı.