Misir XİN: Biz atəşkəsin təmin edilməsi üçün səy göstəririk

5 Avqust 2024 19:08 (UTC+04:00)

Misirin xarici işlər naziri Bədr Abdulati: "Atəşkəsi təmin etmək üçün səylər göstəririk. Türkiyə və Misir olaraq İordan çayının qərb sahilində vəziyyətin pisləşməsindən narahatıq".

Türkiyə Xarici işlər naziri Hakan Fidan Qahirədə Misirin xarici işlər naziri Bedr Abdulati ilə mətbuat konfransı keçirib.

Misir Xarici İşlər Naziri Əbdülatinin açıqlamalarından diqqət çəkən məqamlar aşağıdakılardır:

"Hər iki ölkə dünyanın mühüm oxunu təşkil edən regionumuzda təhlükəsizlik və sabitliyə üstünlük verir”.

"Biz regionun mühüm məsələlərini müzakirə etdik. Misirin terrorla mübarizədə etdiklərini ifadə etdik. Önəmli olan bölgədəki gərginliyi azaltmaqdır. Bölgədə gərginliyi artırmaq üçün səylərin olduğunu görürük. Biz həmişə bu səyləri pisləmişik".

Mövsüm

AzNews.az