AP deputatları Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb ediblər

5 Avqust 2024 19:52 (UTC+04:00)

Avropa Parlamentinin (AP) 70 nəfərdən ibarət qrupu Macarıstanın Şengen zonasında iştirakının dayandırılmasını tələb edərək Avropa Komissiyasına (AK) müraciət edib.

“Politico” qəzetinin yazdığına görə , buna səbəb Budapeştin Rusiya Federasiyası və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün viza rejimini yüngülləşdirmək qərarı olub.

Təklifin müəllifləri arasında Çexiya və Litvanın Avropa Parlamentinin deputatları Danuşe Nerudova və Petras Austrevičius da var ki, onlar Macarıstanın qərarı ilə bağlı araşdırmaya başlamağın zəruriliyini bildiriblər. Parlamentarilərin fikrincə, bu, Şengen zonasının üzv ölkələrin “vətəndaşları üçün təhlükəsiz məkan” rolunu “təhlükə altına ala” bilər.

Mövsüm

AzNews.az