Pakistanlı şəxs ABŞ-da Trampa sui-qəsddə ittiham olunur

7 Avqust 2024 12:29 (UTC+04:00)

ABŞ -da Pakistan vətəndaşı, 46 yaşlı Asif Merşant keçmiş prezident Donald Trampa və digər yüksək rütbəli Amerika rəsmilərinə sui-qəsd təşkil etməkdə ittiham olunub.

Bu barədə öz mənbələrinə istinadən CNN məlumat yayıb.

Bruklin federal prokurorları tərəfindən irəli sürülən ittihamlara görə, o və qatil avqustun sonu və ya sentyabrın əvvəlində siyasətçilərə sui-qəsd etməyi planlaşdırıb.

Pakistanlı şəxs iyulun 12-də ABŞ-ı tərk etməyə hazırlaşarkən, cinayətdə iştirak etmək niyyətində olduğu iddia edilən qətli törədənlərlə görüşdükdən az sonra həbs edilib.

Mövsüm

Aznews.az