Türkiyə CAR-ın İsrailə qarşı iddiasına qoşulmaq üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Bu barədə TRT Haber telekanalı xəbər verir.
Telekanalın məlumatına görə, 47 səhifəlik sənədi məhkəməyə Türkiyənin Haaqadakı səfiri Səlcuq Ünal və Türkiyə parlamentinin nümayəndə heyəti təqdim edib. Sənədin mətninin bir neçə gün ərzində məhkəmənin saytında yerləşdiriləcəyi gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli bildirib ki, Ankaranın müraciəti BƏM-in Nizamnaməsinin 63-cü maddəsinə əsaslanır. "Heç bir dünya ölkəsi beynəlxalq hüquqdan üstün deyil. Beynəlxalq Ədalət Məhkəməsində baxılan işin böyük əhəmiyyəti var, çünki İsrailin cinayətləri cəzasız qalmamalıdır", - o, X hesabında yazıb. O, İsrail hakimiyyətini Qəzzaya hücumları dayandırmağa və Fələstin anklavına fasiləsiz humanitar yardımı təmin etmək üçün Rəfah keçidini açmağa çağırıb.
Mövsüm
AzNews.az