Beyni gənc saxlamaq üçün müntəzəm olaraq oxumaq, yazmaq, müşahidə etmək, müxtəlif tapşırıqlar etmək, saymaq, riyazi metodlar və s. sınamaq lazımdır.
Beyinə müntəzəm olaraq yeni biliklər, informasiyalar vermək, ona düşünmək üçün material təqdim etmək lazımdır.
Yeni dil öyrənmək onun aktivliyini artırır.
Beyin oksigeni çox sevir. Onu gənc saxlamaq üçün meşədə, çöldə, dağlarda, dəniz kənarında çox olun. Açıq havada, təbiətdə gəzin, idman edin.
Beyin lazımi qədər oksigen aldıqda onun hüceyrələri yenilənir, bərpa olur. Qan dövranı artır, toksinlər yuyulur.
Beyin toxuması kiçik neyronlarla örtülüb. Məhz neyronlar oksigenlə qidalanır. Ofis işində çalışanlar, qapalı yerdə kitab oxuyanlar əgər açıq havada hava almasa, onların da beyni qocalacaq.
Mütləq həftə sonlarını və tətilinizi şəhərdən uzaqda keçirin.
Boş vaxtınız olan kimi gəzin, krosvord edin və komputerlə yox, əllə nələrsə yazın.
Hər gün hansısa əcnəbi dildə yeni sözlər öyrənin
Hesablamalarda kalkulyator yox, şifahi hesablamadan istifadə edin