"Sabah" avrokuboklarla vidalaşıb

15 Avqust 2024 23:03 (UTC+04:00)

"Sabah" bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.

Aznews.az xəbər verir ki, Masazır təmsilçisi evdə İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edib.

Oyunun 58-ci dəqiqəsində Rəhman Daşdəmirov avtoqola imza atıb.

Matçda başqa qol vurulmayıb.

Bununla da "Sabah" komandası avrokuboklarda mübarizəsini dayandırıb.

Qeyd edək ki, tərəflər arasında keçirilən birinci qarşılaşmada da İrlandiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.