Belçikada ibtidai və orta məktəblərdə smartfonlara qadağa qoyulub

22 Avqust 2024 20:27 (UTC+04:00)

Məktəblərdə smartfon istifadəsi ilə bağlı yeni qərarlar verilməyə davam edir.

Bu dəfə Belçikada tələbələrin diqqətini və təhlükəsizliyini təmin etmək məqsədilə smartfonlardan istifadə qadağan edilib.

"Wallonia-Brüssel Təhsil Şəbəkəsi"nin aldığı qərara görə; Fransada təhsil verən 373 məktəbdə avqustun 26-da başlayacaq 2024-2025-ci tədris ilindən etibarən ibtidai və orta məktəb şagirdləri özləri ilə smartfon gətirə bilməyəcəklər.