ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından yenidən prezidentliyə namizəd Donald Tramp iyulun 13-də Pensilvaniya ştatında seçki mitinqində məruz qaldığı sui-qəsd cəhdindən sonra ilk dəfə açıq havada mitinq keçirib .
ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürməsindən sonra noyabr seçkilərində vitse-prezident Kamala Harrislə qarşılaşan Tramp çıxışı boyunca səhnə qarşısında gülləkeçirməz şüşə arxasından danışıb.
Mitinq zonasının ətrafındakı binaların damlarına snayperlər yerləşdirilib.
Tramp ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisi ABŞ-ın Əfqanıstandan çıxarılması ilə bağlı tənqid edib və onları Ukrayna və Yaxın Şərqdəki münaqişələrdə günahlandırıb.
Mövsüm
AzNews.az