Türkiyəni Zəngəzur dəhlizinə bağlayacaq layihə hazırlanır

23 Avqust 2024 13:51 (UTC+04:00)

Türkiyəni Zəngəzur dəhlizinə bağlayacaq layihə hazırlanır.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Kayseri sürət qatarı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Kars-Iğdır-Dilucu sürət qatarı vasitəsilə Zəngəzur dəhlizi ilə əlaqə təmin olunacaq: "Hazırda bu istiqamətdə işlər gedir".