Alen Delon malikanəsinin ərazisində dəfn edilib

24 Avqust 2024 21:26 (UTC+04:00)

Məşhur fransalı aktyor Alen Delon Duşi kommunasında malikanəsinin ərazisində dəfn edilib.

Aznews.az xəbər verir ki, mərasimə sənət adamının üç övladı və yaxın dostları qatılıb.

Delon sağlığında vida mərasiminin kiçik olmasını, rəsmi və ya dini tədbirlər olmadan baş tutmasını arzuladığını bildirib.