Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.
"Aznews.az" xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Bakıda Belçika yığması ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.