Gürcüstan prezidenti parlament seçkilərini oktyabrın 26-na təyin edib

27 Avqust 2024 18:35 (UTC+04:00)

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin oktyabrın 26-na təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Gürcüstan liderinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Bildirilib ki, seçki tarixi səsverməyə 60 gün qalmış rəsmən elan edilir. Seçki prosesi elektron səsvermə sistemindən istifadə edilməklə keçiriləcək. Namizədlər partiya siyahılarından seçiləcək. Qanunverici orqana ən azı 5% səs toplayan partiyalar daxil olacaq.

Mövsüm

AzNews.az