Xocalıda növbədənkənar parlament seçkilərində seçici fəallığı müşahidə olunur.
Aznews.az xəbər verir ki, 118 saylı Ağdam-Xocalı seçki dairəsinin Xocalı şəhərində yerləşən məntəqələrində səsvermə prosesi seçki fəallığı şəraitində davam edir.
Şəhərdə seçicilər və müşahidəçilər üçün lazımı şəraitin yaradıldığı seçki məntəqələrində bu saata qədər heç bir problem qeydə alınmayıb.