Ceyhun Bayramov: Ermənistan sülhün bərqərar olmasında maraqlıdırsa, adıdmlarına diqqət etməlidir

2 Sentyabr 2024 13:03 (UTC+04:00)

Ermənistanın silahlandırılması bölgədə sülh və təhlükəsizliyə təhdiddir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.

"Ermənistana vədlərin verilməsi bölgə üçün ciddi təhdid mənbəyi olaraq qalır. Ermənistan sülhün bərqərar olmasında maraqlıdırsa atdığı adıdmlara diqqət etməlidir. Biz bu addımlarda düzəliş gözləyirik".