İspaniya və Fələstin arasında "ilk" ikitərəfli dövlət sammiti bu il keçiriləcək

4 Sentyabr 2024 17:15 (UTC+04:00)

İspaniyanın Baş naziri Pedro Sançez may ayında rəsmi olaraq tanıdıqları Fələstin Dövləti ilə ilk ikitərəfli zirvə toplantısını ilin sonuna qədər keçirəcəklərini açıqlayıb.

Yay fasiləsindən sonra Sançes Madriddəki Servantes İnstitutunda hökumətinin qarşıdakı siyasi dövrdə prioritetləri ilə bağlı çıxış edib.

İspaniyanın baş naziri, “Biz BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına (UNRWA) dəstək verərək, Beynəlxalq Cinayət Məhkəməsində (İsrail Baş naziri) Netanyahuya təzyiq göstərməyə davam edərək Qəzza xalqını dəstəkləməyə davam edəcəyik və Fələstin dövləti ilə əlaqələrimizi gücləndirəcəyik", deyə qeyd edib.

İspaniyanın mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını xatırladan Sançez, "İlin sonuna qədər İspaniya ilə Fələstin dövlətləri arasında ilk ikitərəfli zirvə toplantısını keçirəcəyimizi burada elan etmək istərdim. Bu, bir zirvə olacaq. İspaniya ilə Fələstin dövlətləri arasında müxtəlif müqavilələrin imzalanacağını gözləyirik”.

İsrailin xarici işlər naziri Yisrael Katz sentyabrın 2-də sosial media hesabından verdiyi açıqlamada İspaniyanın baş naziri Sançesə müraciət edərək, ondan “Fələstini tanımaqda geri çəkilməsini” istəyib.

İspaniyanın baş naziri Sançes Fələstin dövləti ilə ikitərəfli sammitin keçiriləcəyini açıqlayaraq İsrail xarici işlər nazirinə cavab verib.

Mövsüm

AzNews.az