“Bakı Gənclər Klubu” ictimai birliyi dövlətimizin həyata keçirdiyi siyasətin vacib tərkib hissəsi olan - gənclərimizi vətənpərvər ruhda tərbiyəsi istiqamətini əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin maliyyə dəstəyi ilə 01 sentyabr – 01 dekabr 2024-cü il tarixlərdə qeyd etdiyimiz istiqamətdə növbəti “Qələbəni yaşadan qəhrəmanlar” adlı layihənin icrasını həyata keçirir. Layihənin icrası Bakı şəhəri, Füzuli və Quba rayonlarında həyata keçiriləcək.
Layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə muasir qəhrəman obrazı yaratmaqdır.
Növbəti layihə çərçivəsində qısa metrajlı filmlərin çəkilişi həyata keçiriləcək. Qeyd etdiyimiz layihə çərçivəsində səfərlərimiz Vətən müharibəsi qazilərin yaşadıqları Quba və Füzuli rayonları, həmçinin 44 günlük müharibə zamanı qızqın döyüşlər getdiyi cöğrafi ərazilərdə təşkil olunacaq. Çəkilişlərdə müxtəlif hərb sahələri üzrə döyüşçülərimizin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq.
Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdə quruculuq işləri aparır, təssüf hissilə qeyd etmək lazımdır ki, düşmən öz revanşist fikirlərindən geri çəkilmir. Bu nöqtəyi nəzərdən layihə çərçivəsində hazırlanmış 5 qısametrajlı filmlər gələcəkdə gənclərimizin vətənpərvər ruhda böyüməsində, muasir qəhrəman obrazların yaranmasında, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rolu olacaq.
Layihənin sonunda Horadiz və Quba şəhərlərində ictimaiyyətə layihə çərçivəsində hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirilməsi nəzərdə tutulmuşdu.
“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber -İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.