Keçmiş Avropa komissarı və Fransa Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Mişel Barnier Fransanın yeni baş naziri təyin edilib.
Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.
“Respublika Prezidenti (Emmanuel Makron - Red.) cənab Mişel Barnieri baş nazir təyin etdi”, - X sosial şəbəkəsində (keçmiş Twitter) mesajda deyilir.
Bundan əlavə, qeyd olunur ki, prezident yeni baş nazirə ölkəyə və fransızlara xidmət edəcək vahid hökumətin formalaşdırılmasını tapşırıb.
Mövsüm
AzNews.az