Niderland NATO-nun müdafiə xərclərinə ÜDM-in minimum 2%-nə çatmaq üçün yaxın illərdə müdafiə xərclərini 10%-dən çox artıracaq.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Niderland hazırda tank ordusunu, döyüş təyyarələrini, döyüş gəmilərini və hava hücumundan müdafiə sistemlərini modernləşdirir.
"Reuters" ölkənin illik büdcəsinin təxminən 24 milyard avro olacağını nəzərə alaraq müdafiə xərclərinin 2,4 milyard avro (2,7 milyard dollar) artırılacağını bildirib.
Mövsüm
AzNews.az