Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

6 Sentyabr 2024 20:06 (UTC+04:00)

Minifutbol üzrə U-23 dünya çempionatının püşkü atılıb.

Aznews.az xəbər verir ki, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B qrupunda yer alacaq yığmamız Kolumbiya, Slovakiya və İraq komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Xorvatiyada təşkil olunan dünya çempionatı oktyabrın 7-də start götürəcək.