Ukrayna MDB çərçivəsində daha iki sazişdən çıxıb

6 Sentyabr 2024 22:31 (UTC+04:00)

Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının bir sıra sazişlərindən çıxıb.

Bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

“Ukrayna MDB Hökumət Başçıları Şurasının mayın 23-də imzaladığı “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin büdcə vəsaitlərindən maliyyələşən MDB orqanlarının vahid büdcəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsi haqqında” qərarından çıxıb",- Teleqram kanalı.

Mövsüm

AzNews.az