Beləsinə "ana" deyən dillər quruyar: 7 yaşlı qız döyüldü, xəstəxanalıq oldu

9 Sentyabr 2024 21:00 (UTC+04:00)

Xudat şəhərində azyaşlı döyülüb.

"Report"un məlumatına görə, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Qusar rayon sakini 7 yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.