Ermənistanda korpus komandiri vəzifəsindən qovuldu

9 Sentyabr 2024 23:56 (UTC+04:00)

Sasun Badasyan Ermənistan silahlı qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda müvafiq sərəncamın prezident Vaaqn Xaçaturyan tərəfindən imzalandığı bildirilir.