Muxtar Babayev Belqradda: Əməkdaşlıq sazişi imzalandı

12 Sentyabr 2024 20:52 (UTC+04:00)

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Belqradda keçirilən mərasimdə Azərbaycanı COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təmsil edib.

Saziş iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, M.Babayev Belqradda Serbiya Respublikasının hökuməti ilə bir sıra görüşlər keçirib.