Blinken Paşinyanla nə müzakirə etdi?

12 Sentyabr 2024 23:20 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Bu barədə Ermənistan hökümət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məsələləri, eləcə də ikitərəfli Ermənistan-ABŞ gündəmini müzakirə ediblər.

AzNews.az