Cənubi Asiyada şiddətli musson mövsümü və Yagi tayfunun səbəb olduğu daşqınlar səbəbindən insan itkiləri artır.
Vyetnam, Tayland, Myanma və Laosda yüzlərlə insan həyatını itirərkən, itkin düşmüşləri tapmaq üçün axtarış-xilasetmə və qapalı qalanlara yardım işləri çətin şəraitdə davam edir.
Cənubi Asiyada son bir ayda yağan güclü yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri ilə bağlı rəsmi məlumatlara görə, Vyetnamda ən azı 233, Taylandda ən azı 33, Myanmada isə ən azı 19 nəfər ölüb.
Meteoroloqlar leysan yağışların ayın sonuna qədər bölgədə təsirli olacağını bildirərkən, səlahiyyətli birliklər vətəndaşları lazımi tədbirləri görərək təxliyə etmələri barədə xəbərdar edib.
Mövsüm
AzNews.az