Polşa Almaniyanın sərhədləri bağlamasını qeyri-dost addım adlandırıb

13 Sentyabr 2024 17:43 (UTC+04:00)

Almaniyanın Polşa ilə sərhədə nəzarəti bərpa etmək qərarı Berlin və Varşava arasında münasibətləri pisləşdirəcək qeyri-dost hərəkətdir.

Bu barədə Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski "Zet" radiosunda qeyd edib.

“Sərhədin bağlandığını birdən öyrəndik; Dostlar, qonşular arasında belə bir şey yoxdur. Reaksiya olacaq, çünki işlər belə getmir, hər hərəkət reaksiya doğurur”, - Bartoşevski bildirib.

O qeyd edib ki, bu vəziyyət bir çox ölkələr üçün qəbuledilməzdir və yəqin ki, Berlinin bu addımına necə reaksiya veriləcəyi ilə bağlı Aİ dövlətləri arasında artıq müzakirələr gedir. Varşava, XİN rəhbərinin müavininin sözlərinə görə, öz reaksiyasını birləşmə tərəfdaşları ilə əlaqələndirəcək və müxtəlif cavab variantları nəzərdən keçiriləcək.

Mövsüm

AzNews.az