Bolqarıstanda L-39 ZA döyüş təlimçisi qəzaya uğrayıb.
Bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Təyyarə Bolqarıstan Respublikasının NATO-ya qəbul edilməsinin 20 illiyi və ölkənin Hərbi Hava Qüvvələrində xidmətdə olan MiQ-29 təyyarəsinin 35 illiyi münasibətilə aviaşou üçün məşq zamanı qəzaya uğradığı bildirilib.
“Müdafiə naziri vəzifəsini icra edən Atanas Zapryanov L-39 ZA döyüş təlimçi təyyarəsi ilə qəzaya görə Qraf İqnatyevo aviabazasındakı aviaşounu ləğv edib”, –xəbərdə qeyd edilib.
Mövsüm
AzNews.az