Böyük Britaniya ilə diplomatik münasibətləri kəsməkdən söhbət gedə bilməz - Kremlin

13 Sentyabr 2024 17:58 (UTC+04:00)

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, hazırda Böyük Britaniya ilə diplomatik münasibətlərin kəsilməsindən söhbət gedə bilməz.

O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Böyük Britaniya səfirliyinin əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə bağlı hesabatını şərh edərkən deyib: “Bunu heç kim müzakirə etmir”.

Rusiya təhlükəsizlik xidmətinin anonim nümayəndəsi “Rossiya-24” telekanalına bildirib ki, altı britaniyalı diplomat Rusiyada Britaniyanın casusluq fəaliyyətinə görə Rusiyadan qovulub.

Mövsüm

AzNews.az