"Formula 1": Azərbaycan Qran-prisində ilk günə yekun vurulub

13 Sentyabr 2024 19:19 (UTC+04:00)

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

"Formula 2"də isə sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.