Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

14 Sentyabr 2024 09:00 (UTC+04:00)

Bakının Xətai rayonunda 19 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

AzNews.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Nuriyeva Diana Vüqar qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.