"Ferrari" pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Azərbaycan Qran-prisində sıralama turunu lider olaraq tamamlayır.
Monakolu sürücü üçüncü sessiyada yenidən birinci olub.
"McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda birinci olub.
xxx
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Red Bull" pilotu Maks Verstappen liderliyi ələ keçirib.
Aznews.az xəbər verir ki, bu, ikinci sessiyadan sonra baş verib.
11-15-ci sıralardakı daha beş sürücü mübarizəni dayandırıb.
Bunlar Oliver Berman ("Haas"), Yuki Tsunoda (RB), Pyer Qasli ("Alpin"), Niko Hulkenberq ("Haas") və Lans Strolldur ("Aston Martin")
***
16:37
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.
Birinci sessiyadan sonra beş sürücü mübarizəni dayandırmalı olub.
Bunlar 16-cı sıradakı Daniel Rikkardo (RB), 17-ci Lando Norris ( "McLaren"), 18-ci pillədəki Valtteri Bottas, 19-cu Çjou Quanyu (hər ikisi "Kick Sauber") və sonuncu yerdəki Esteban Okondur ("Alpin").
Həmin pilotlar növbəti sessiyaya qatılmayacaqlar.
***
16:02
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
Saat 16:00-da başlayan yarışda 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.