Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

15 Sentyabr 2024 10:33 (UTC+04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.

Aznews.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub:

“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımzı təbrik edirik.

Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”.