Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

15 Sentyabr 2024 12:09 (UTC+04:00)

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.