Köln şəhərinin tarixi mərkəzində partlayış baş verib

16 Sentyabr 2024 13:01 (UTC+04:00)

Almaniyanın Köln şəhərinin tarixi mərkəzində partlayış baş verib.

Bu barədə “Kolner Stadt-Anzeiger” qəzeti məlumat yayıb.

Hadisənin səhər tezdən Vanity klubunun yaxınlığında baş verdiyi bildirilir.

Polis genişmiqyaslı əməliyyat keçirir, lakin baş verənlərin təfərrüatları məlum deyil. Ölənlər və partlayışın səbəbi barədə məlumat yoxdur.

Mövsüm

AzNews.az