SvD: Finlandiya Laplandiyasındakı NATO bazasında İsveç komandanlığı olacaq

16 Sentyabr 2024 13:03 (UTC+04:00)

Finlandiya Laplandiyasında yaradılan Şimali Atlantika Alyansının (NATO) bazası İsveç ordusunun komandanlığı altında olacaq.

Bu barədə “Svenska Dagbladet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bu hərbi qüvvələr NATO-da FLF (İrəli Quru Qoşunları) adlanan irəli quru qoşunlarıdır. Ölkədə quru əməliyyatları üçün NATO-nun qərargahı da yerləşəcək”, - nəşr yazır.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, İsveç bazanı idarə etmək və qoşunlara komandanlıq etmək üçün məsuliyyət daşıyacaq. Bu məqsədlə Finlandiyaya 20-dən 50-dək zabit göndəriləcək; Belə bir tədbirin Finlandiyanın cənubunun qorunmasına müsbət təsir edəcəyi gözlənilir.

Mövsüm

AzNews.az