Respublikaçıların prezidentliyə namizədi Donald Tramp həyatına ikinci sui-qəsd cəhdindən sonra şansa inanmamalıdır.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.
“Sarah [Netanyahu] və mən prezident Trampa ikinci sui-qəsd cəhdindən şoka düşdük və bunun da uğursuz olduğunu eşidəndə rahatladıq. Ancaq bəxtimizə güvənməməliyik”, – siyasətçi özünün X (keçmiş Twitter) səhifəsində yazıb.
O əlavə edib ki, Tramp və ailəsinə ən xoş arzularını bildirir, həmçinin ABŞ prezidentliyinə namizədlərə qarşı bu cür hücumların qarşısını almaq üçün tədbirlər görməyə çağırır.
Mövsüm
AzNews.az