Avropa komissarı Breton istefasını elan edib

16 Sentyabr 2024 13:14 (UTC+04:00)

Daxili bazar üzrə Avropa komissarı Tyerri Breton Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin hərəkətləri ilə razılaşmadığına görə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"Son hadisələr fonunda - şübhəli idarəçiliyin daha bir sübutu - mən artıq Kollegiyadakı vəzifələrimi yerinə yetirə bilməyəcəyim qənaətinə gəlmək məcburiyyətindəyəm",- deyə komissar qeyd edib.

Mövsüm

AzNews.az