Stoltenberq: NATO-ya üzv olana qədər Ukraynada sülh olmayacaq

16 Sentyabr 2024 19:04 (UTC+04:00)

Kiyev NATO-ya üzv olana qədər Ukraynada uzunmüddətli perspektivdə sülh olmayacaq.

Aznews.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

O, NATO-ya üzv ölkələrin hələ də Ukraynanın alyansa dəvət olunması ilə bağlı konsensus əldə etmədiklərini qeyd edib:

"Üzv ölkələr razılaşana qədər heç bir dəvət ola bilməz. Bunun üçün mütləq konsensus lazımdır".