Bloomberg: Brüsseldə minlərlə insan Audi zavodunun bağlanmasına etiraz edir

16 Sentyabr 2024 19:05 (UTC+04:00)

Brüsseldə minlərlə nümayişçi Audi avtomobil zavodunun bağlanmasına qarşı etiraz aksiyası keçirib.

Bloomberg bu barədə məlumat yayıb.

“Belçika və hətta Çexiyadan 5000-dən çox etirazçı parlamentə doğru yürüş etməzdən əvvəl Brüsselin Şimal dəmir yolu vağzalında toplaşıb, “Audi”ni dəstəkləyən plakatlar yelləyib və Çinin sənaye məhsullarının “dempinqinə” son qoymağa çağırıblar”,- deyə agentlik yazıb.

Qeyd olunur ki, etirazlar Avropanın əsas sənaye sahələrinin itirilməsi ilə bağlı artan qorxuların daha bir əlaməti olub. Agentlik qeyd edib ki, bu, qitədə aktiv iqlim dəyişikliyi və ucuz məhsul tədarük edən xarici istehsalçıların güclü rəqabəti ilə bağlıdır.

Mövsüm

AzNews.az