İtaliya SAMP-T HHM-nin ikinci batareyasını Ukraynaya təhvil verəcək

16 Sentyabr 2024 19:47 (UTC+04:00)

İtaliya hakimiyyəti Ukraynanın hava hücumundan müdafiə sistemlərini gücləndirmək üçün SAMP-T zenit-raket kompleksinin (SAM) ikinci batareyasını Kiyevə təhvil verməyə hazırlaşır.

Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antoni Tajani məlumat verib.

"İndi biz ikinci SAMP-T batareyasını [ Ukraynaya ] göndərəcəyik ", - deyə nazir qeyd edib.

Eyni zamanda, Tajani ilin sonuna qədər Ukrayna ilə bağlı “ciddi sülh konfransı”nın keçirilməsinin mümkün olacağına ümid etdiyini bildirib.

Mövsüm

Aznews.az