Almaniyada pensiyaçıya avtobus dayanacağında benzin tökərək yandırıblar

16 Sentyabr 2024 20:53 (UTC+04:00)

Almaniyanın Cuxhaven şəhərində 37 yaşlı kişi Cuxhaven şəhərindəki avtobus dayanacağında 68 yaşlı təqaüdçünün üzərinə benzin töküb, sonra onu yandırıb.

Bu barədə NiUS məlumat yayıb.

Zərərçəkmiş ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Polis şübhəlinin milliyyətini açıqlamayıb.

Nəşr polisin press-relizinə istinadən yazır ki, cinayətkarla zərərçəkənin bir-birini tanıdığı məlum olub. İstintaq davam edir.

Mövsüm

Aznews.az