Əli Nağıyev: Beynəlxalq terrorçuluqla xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir

17 Sentyabr 2024 09:12 (UTC+04:00)

Beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir.

Bunu Bakıda keçirilən təhlükəsizlik forumunda DTX-a rəisi Əli Nağıyev deyib.

DTX rəisi qeyd edib ki, builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmayıb:

“Enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılması zəruridir”.