"BakuBus" xəttə çıxardığı avtobusların sayını 20 % artırıb

17 Sentyabr 2024 12:58 (UTC+04:00)

"BakuBus" MMC yeni tədris ilinin başlaması ilə əlaqədar artan sərnişin tələbatını qarşılamaq, səfərləri rahat və təhlükəsiz təşkil etmək üçün gücləndirilmiş iş rejiminə keçib.

AzNews.az bu barədə şirkətə istinadən xəbər verir.

"Bu çərçivədə xəttə çıxan avtobuslarımızın sayı 20 % artırılıb", - deyə məlumatda qeyd olunub.