Rusiya aktivlərinin 1,4 milyard avrosu artıq Ukraynaya silah alınması üçün ayrılıb

17 Sentyabr 2024 14:11 (UTC+04:00)

Avropa Komissiyasının (AK) vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, dondurulmuş Rusiya aktivlərinin 1,4 milyard avrosu artıq Ukraynaya silah alınması üçün ayrılıb.

O, bu barədə Avropa Parlamentinin iclası zamanı bildirib.

“Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, lazımi avadanlıqların tədarükü, habelə Ukrayna müdafiə sənayesindən ilk alışlar üçün artıq təxminən 1,4 milyard avro ayrılıb”.

Kiyevə tədarükün böyük hissəsi ilin sonuna qədər həyata keçirilməlidir.

Mövsüm

AzNews.az