İsrail hakimiyyəti altı həftə ərzində Livanda Hizbullahla müharibəyə başlamaq qərarı verə bilər.
Bu barədə “Jerusalem Post” qəzeti yazıb.
Media hesab edir ki, hava şəraiti - qışın başlaması şiə hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatın başlama vaxtını müəyyən edən amil olacaq.
“Mənbələr bildiriblər ki, 4-6 həftədən çox vaxt keçsə və əməliyyata başlamaq qərarı verilməsə, 2025-ci ilin yazına qədər bu, artıq mümkün olmayacaq və ya daha da çətinləşəcək”, - məqalə müəllifi yazıb.
Mövsüm
AzNews.az