ABŞ ordusu Nigerdən çıxıb

17 Sentyabr 2024 14:40 (UTC+04:00)

ABŞ və Niger arasında imzalanan hərbi əməkdaşlıq başa çatıb.

12 il əvvəl başlayan əməkdaşlıqdan sonra Niger müqaviləni ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin ölkəni tərk etməsini tələb edib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mayın 19-da Nigerdən çəkilməyə başlayan ABŞ ordusunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib.

Sinq bildirib ki, ABŞ və Niger silahlı qüvvələri arasında əməkdaşlıq və kommunikasiya sayəsində geri çəkilmə razılaşdırıldığı kimi sentyabrın 15-də təhlükəsiz və rəvan şəkildə tamamlanıb.

ABŞ qoşunlarının ən geci 15 sentyabra qədər Nigerdən tamamilə çıxarılacağını açıqlamışdı.

Mövsüm

AzNews.az