STM Zəngəzur dəhlizi ilə bağlı tədqiqat sənədi hazırlayıb

17 Sentyabr 2024 15:06 (UTC+04:00)

Sosial Tədqiqatlar Mərkəzi (STM) Zəngəzur dəhlizi ilə bağlı tədqiqat sənədi hazırlayıb.

Bu barədə mərkəzdən bildirilib.

Qeyd olunub ki, mərkəz əməkdaşları "Zəngəzur dəhlizi: regional əməkdaşlıq perspektivləri və sosial-siyasi aspektləri" adlı analitik hesabatı təqdim etməyə hazırlaşırlar.

Analitik sənədin beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsi üçün ingilis dilində nəşrə hazırlanması da planlaşdırılır.