Fransa Milli Assambleyası Makronun impiçment prosedurunu təsdiqləyib

17 Sentyabr 2024 17:59 (UTC+04:00)

Fransa Milli Assambleyasının Bürosu ölkə prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.

Bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

“Milli Assambleyanın Bürosu Emmanuel Makrona qarşı impiçment prosesini təsdiqləyir. Növbəti addım Hüquq Komitəsidir”, - materialda deyilir.

Bildirilir ki, impiçment prosesinin keçməsi üçün qarşıda uzun bir yol var. O, Hüquq Komitəsi tərəfindən təsdiq edilməli, təsdiqlənərsə, 13 gün ərzində Milli Məclisin gündəliyinə daxil edilməlidir.

Mövsüm

AzNews.az