Litvanın baş naziri Aİ-ni ABŞ-a güvənmədən öz müdafiəsini hazırlamağa çağırıb

17 Sentyabr 2024 18:07 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ- nin təhlükəsizlik zəmanətlərinə güvənmədən öz müdafiə sistemini qurmalıdır.

Bu barədə Litvanın baş naziri İnqrida Şimonite məlumat verib.

Onun sözlərinə görə, ABŞ-nin gələcək prezidentinin komandasında kimin olacağından çox şey asılı olacaq.

“Biz [ABŞ prezidentliyinə namizəd] Donald Trampın ilk prezidentlik dövründə səsləndirdiyi bəzi fikirləri bölüşürük”,-deyə baş nazir qeyd edib.

Nümunə olaraq Litvanın baş naziri Trampın Avropanın “Amerikanın təhlükəsizlik zəmanətlərindən çox uzun müddət istifadə etməsi” faktını pislədiyi vəziyyəti göstərib.

Mövsüm

AzNews.az